İmişlidə evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər tutulub

İmişlidə evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər tutulub  Bakı. 2 dekabr. REPORT.AZ/ İmişli rayonunda mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər tutulublar. 
Hadisə
2 Dekabr , 2017 11:47
İmişlidə evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər tutulub

 Bakı. 2 dekabr. REPORT.AZ/ İmişli rayonunda mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər tutulublar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, noyabrın 27-də nazirliyin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Qorxmaz Şirinova məxsus mənzildən 4 min manat dəyərində qızıl-zinət əşyalarının və 1500 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.

RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub.

Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi