İmişlidə baş verən yol qəzasında sürücü yaralanıb

İmişlidə baş verən yol qəzasında sürücü yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Oktyabr , 2016 09:14
İmişlidə baş verən yol qəzasında sürücü yaralanıb

İmişli. 24 oktyabr. REPORT.AZ/ İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Daş körpü deyilən ərazisində qeydə alınıb.
Belə ki, rayonun Bəhrəmtəpə qəsəbəsinin sakini, 38 yaşlı İman Mirkərəm oğlu İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı beton dirəyə çırpıb. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. İlkin yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi