İmişlidə baş verən yol qəzasında bacı və qardaş xəsarət alıb

İmişlidə baş verən yol qəzasında bacı və qardaş xəsarət alıb Hadisə rayonun Cavadxanlı kəndində qeydə alınıb
Hadisə
1370
28 May , 2017 22:18
İmişlidə baş verən yol qəzasında bacı və qardaş xəsarət alıb
Report.az

İmişli. 28 may. REPORT.AZ/ İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cavadxanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 53 yaşlı Elman Hafiz oğlu Nəcəfov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onu bacısı, 62 yaşlı Fatma Hafiz qızı Əyyubova İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi