İmişlidə avtomobillə vurulan şəxs altı gün sonra xəstəxanada ölüb

İmişlidə avtomobillə vurulan şəxs altı gün sonra xəstəxanada ölüb İmişli rayonunda altı gün əvvəl avtomobillə vurulan piyada Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə
29 Dekabr , 2019 04:28
İmişlidə avtomobillə vurulan şəxs altı gün sonra xəstəxanada ölüb

İmişli rayonunda altı gün əvvəl avtomobillə vurulan piyada Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

“Report” xəbər verir ki, hadisə dekabrın 23-ü rayon ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən, 1979-cu il təvəllüdlü Nəsimi Orucov “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Qəzadan sonra piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Müayinədən sonra ona qapalı kəllə beyin və müştərək travma diaqnozu qoyulub.

Xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 29-u orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi