İmişlidə sürücü avtomobil tərəfindən vuruldu

İmişlidə sürücü avtomobil tərəfindən vuruldu İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
24 Aprel , 2020 19:04
İmişlidə sürücü avtomobil tərəfindən vuruldu

İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 16 radələrində İmişli-Otuziki avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb düşən zaman hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən avtomobilin sürücüsü isə qaçıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda qəza törədən avtomobilin axtarışları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi