Yuxarı

​İmişlidə avtomobil yol kənarına aşıb, 1 nəfər yaralanıb

Qəza İmişli-Beyləqan avtomobil yolunda baş verib

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün səhər saat 7:10 radələrində İmişli-Beyləqan avtomobil yolunun Bəhramtəpə platinası ərazisində yol qəzası baş verib.

"Report" xəbər verir ki, nəticədə bir nəfər yaralanıb.

Belə ki, Cəbrayıl rayon sakini, 22 yaşlı Yasin Şəmkir oğlu Abbasov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə Yasin Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi