İmişli. 24 dekabr. REPORT.AZ/ İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaradonlu kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Azad Adıgözəl oğlu Rəhimov naməlum avtomobil tərəfindən vurulub, sürücü isə hadisə yerində qaçıb. Ağır yaralanan piyada İmişli Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.