Yuxarı

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

İmişlidə avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

İmişli rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, İmişli sakini 1958-ci il təvəllüdlü Şəmmədov Yasin Zeynalabdin oğlu yolu keçərkən rayonun Əliqululular kənd sakini Cəfərov Vahid Məhəmməd oğlunun idarə etdiyi "VAZ 2115" markalı avtomobil tərəfindən vurulub.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi