Bakı. 26 may. REPORT.AZ/ İmişlidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. “Report” xəbər verir ki, hadisə İmişli şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, rayonun Otuziki kənd sakini, 28 yaşlı Ülvi Taleh oğlu Baxşəliyev idarə etdiyi motosikllə hərəkətdə olarkən “VAZ-2106” markalı avtomobillə toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.