İmişlidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

İmişlidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Oktyabr , 2016 19:31
İmişlidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

İmişli. 13 oktyabr. REPORT.AZ/ İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında rayonun Qaralar kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Rövşən Yasəf oğlu Əmənov “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi