​İmişlidə ağır yol qəzası baş verib: 2 ölü, 4 yaralı - YENİLƏNİB

​İmişlidə ağır yol qəzası baş verib: 2 ölü, 4 yaralı - YENİLƏNİB Hadisə rayonun Qaradonlu kəndinin ərazisində qeydə alınıb
Hadisə
14 Oktyabr , 2015 00:25
​İmişlidə ağır yol qəzası baş verib: 2 ölü, 4 yaralı - YENİLƏNİB

Bakı. 14 oktyabr. REPORT.AZ/ İmişlidə 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Qəza bu gün saat 16:00 radələrində rayonun Qaradonlu kəndində qeydə alınıb.

"Report" xəbər verir ki, İmişli rayonunun Aranlı kənd sakini Həsən Rasim oğlu Hüseynov "Jiquli" markalı avtomobil ilə toydan evə qayıdarkən İmişli şəhər sakini Qeyrət İxtiyar oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub.

Nəticədə rayonun Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Əlizamin Təbiət oğlu Abayev hadisə yerində keçinib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq "Jiquli"nin sürücüsü Həsən Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralılar - "Mercedes"in sürücüsü Qeyrət Muradov, Aranlı kənd sakinləri - 1992-ci il təvəllüdlü Elnur Məhərrəm oğlu Babaşov və 1990-cı il təvəllüdlü Sahib Vəlixan oğlu İlyasov, həmçinin Qızılkənd sakini, 1956-cı il təvəllüdlü Göyçək Bayram qızı Cabbarovaya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

***13 oktyabr, 19:21 

İmişlidə 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, qəza bu gün saat 16 radələrində rayonun Qaradonlu kəndinin ərazisində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobillə "VAZ-21015" markalı maşının toqquşması nəticəsində rayonun Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Əlizamin Təbiət oğlu Abayev hadisə yerindəcə keçinib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi