İmişlidə 9 yaşlı uşaq ehtiyatsız davranaraq benzindən yanıb

İmişlidə 9 yaşlı uşaq ehtiyatsız davranaraq benzindən yanıb Uşağın vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
19 Oktyabr , 2015 18:03
İmişlidə 9 yaşlı uşaq ehtiyatsız davranaraq benzindən yanıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ İmişlidə 19 yaşlı oğlan ocaq üstünə benzin tökərkən yanıb. "Report"un məlumatına görə, hadisə rayonun Mirili kəndində baş verib. 

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Filman oğlu Yusifov ocaq üstünə benzin tökərkən ehtiyatsızlıqdan yanıb. Döş qəfəsindən yanıq xəsarəti alan uşaq dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra K.Yusifov cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır.

Son xəbərlər

Orphus sistemi