Yuxarı

İmişlidə 62 yaşlı kişi kanalda boğulub

​İmişlidə 62 yaşlı kişi kanalda boğulub

İmişli rayonunda 62 yaşlı kişi kanalda boğulub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Otuziki kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu su kanalında çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi