İmişlidə 6 otaqlı ev yanıb

İmişlidə 6 otaqlı ev yanıb Yanğın zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib
Hadisə
16 Oktyabr , 2015 09:19
İmişlidə 6 otaqlı ev yanıb

Bakı. 16 oktyabr. REPORT. AZ/ İmişlidə yanğın hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospekti, dalan 9-da yerləşən Əhmədov Səxavət Sudeyib oğluna məxsus evdə qeydə alınıb.

Yanğın zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Elektrik naqillərində yaranan alov qaz balonuna keçib və qısa müddətdə evi bürüyüb. Ümumi sahəsi 180 kvadratmetr olan 6 otaqlı evin 100 kvadratmetr sahəsi və əşyaları ilə birlikdə yanaraq məhv olub.

Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi