Yuxarı

İmişlidə 54 yaşlı kişini avtomobil vurub

İmişlidə 54 yaşlı kişini avtomobil vurub

İmişli rayonunda 54 yaşlı kişini avtomobil vurub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayonunun Şahverdili kənd sakini Musayev Elnur Səxavət oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən həmyerlisi, 1965-ci il təvəllüdlü Əmrahov Ələmdar Əzim oğlunu vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi