​İmişlidə 5 otaqlı ev yanıb - FOTO

​İmişlidə 5 otaqlı ev yanıb - FOTO Faktla bağlı araşdırmalar aparılır
Hadisə
31 May , 2016 16:34
​İmişlidə 5 otaqlı ev yanıb - FOTO

İmişli. 31 may. REPORT.AZ/ İmişli rayonunda fərdi yaşayış evi yanıb. “Report” Aran bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Qızılkənd kəndində qeydə alınıb. 

Kənd sakini Heydər Yusif oğlu Hüseynova məxsus fərdi yaşayış evi anidən alovlanıb. Bu barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) İmişli Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, ümumi sahəsi 117 kvadratmetr olan 5 otaqlı evin dam örtüyü yanaraq sıradan çıxıb.

Yanğının elektrik naqillərindəki qısaqapanmadan olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi