İmişlidə 5 gün əvvəl avtomobillə vurulan piyada Bakıda xəstəxanada ölüb.
“Report”un xəbərinə görə, hadisə dekabrın 23-də şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobili idarə edən Samir Hüseynli yolu keçən piyada, 1978-cu il təvəllüdlü Nəsimi Orucovu vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra N.Orucov Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Dekabrın 28-də isə o, xəstəxanada ölüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.