İmişlidə 49 yaşlı qadın bıçaqlanıb

İmişlidə 49 yaşlı qadın bıçaqlanıb İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb.
Hadisə
8 Oktyabr , 2019 13:01
İmişlidə 49 yaşlı qadın bıçaqlanıb

İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb. 

Belə ki, həmin qəsəbənin sakini, 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyevaya yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslər bıçaqla xəsarət yetirib. Yaralı sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi