İmişlidə 38 yaşlı kişi Araz çayında boğulub

İmişlidə 38 yaşlı kişi Araz çayında boğulub Hazırda FHN xilasedicilər tərəfindən meyitin axtarışı davam etdirilir
Hadisə
3 Avqust , 2016 20:35
İmişlidə 38 yaşlı kişi Araz çayında boğulub

İmişli. 3 avqust. REPORT.AZ/ İmişli rayonunda 38 yaşlı kişi Araz çayında boğulub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, qəsəbə sakini Rauf Əlihüseyn oğlu Abdullayev yoldaşı ilə birlikdə qoyunları yumaq üçün Araz çayına gətirib. O, qoyunları yuyan zaman suda boğulub. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilər tərəfindən meyitin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi