İmişli. 21 yanvar. REPORT.AZ/ İmişli rayonunda özünü asraq intihar edən 3 uşaq anasının şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansıyasının briqadası cəlb olunub. Meyit müayinə olunması üçün
İyirmi altı yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil, onun 3 uşaq anası olduğu bildirilir.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
*** 10:21
İmişli. 21 yanvar. REPORT.AZ/ İmişli rayonunda 3 uşaq anası intihar edib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hələlik şəxsiyyəti məlum olmayan gənc qadın özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.