İmişlidə 28 yaşlı ruhi xəstə göldə boğulub - YENİLƏNİB

İmişlidə 28 yaşlı ruhi xəstə göldə boğulub - YENİLƏNİB İmişli rayonunun Hacımuradlı kəndində göldə çimərkən batan şəxsin adı məlum olub.
Hadisə
2 Sentyabr , 2019 14:57
İmişlidə 28 yaşlı ruhi xəstə göldə boğulub - YENİLƏNİB

İmişli rayonunun Hacımuradlı kəndində göldə çimərkən batan şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, həmin sakini, 1991-cı il təvəllüdlü Cəfərov Səfalı Vahid oğlu su gölündə çimmək istəyərkən batıb. Onun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Ölən şəxsin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 13:23

İmişlidə 28 yaşlı oğlan suda boğulub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Hacıalmuradlı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan 28 yaşlı oğlan göldə çimərkən batıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyitin axtarışları davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi