İmişlidə 29 yaşlı gənc intihara cəhd edib

İmişlidə 29 yaşlı gənc intihara cəhd edib İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib.
Hadisə
17 May , 2019 20:56
İmişlidə 29 yaşlı gənc intihara cəhd edib

İmişli rayonunda 29 yaşlı gənc oğlan intihara cəhd edib.

"Report"un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Ə.C. yaşadığı evin həyətində olan hamamda özünü asaraq intihara cəhd edib. Xöşbəxtlikdən yaxınları hadisədən xəbər tutub və dərhal Ələkbəri xilas ediblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım qrupu gəlib. Ə.Cahangirov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi