İmişli. 18 fevral. REPORT.AZ/ İmişli rayonunda piyadanın vuruması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Qaradonlu kəndində qeydə alınıb.
Kənd sakini, 12 yaşlı Mirələkbər Mirsəməd oğlu Süleymanovu velosipedlə hərəkətdə olarkən minik avtomobili vurub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.