“İmişli” şəkər zavodunun maşını dərəyə aşıb, bir nəfər yaralanıb

“İmişli” şəkər zavodunun maşını dərəyə aşıb, bir nəfər yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 İyul , 2016 16:57
“İmişli” şəkər zavodunun maşını dərəyə aşıb, bir nəfər yaralanıb

Daşkəsən. 27 iyul. REPORT.AZ/ Daşkəsən rayonunda “Shacman” markalı yük maşını dərəyə aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun 5-ci kilometrliyində qeydə alınıb.

Daşkəsəndən İmişliyə əhəng daşı aparan “İmişli” şəkər zavoduna məxsus maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi