​İmişli şəhərində azyaşlını maşın vurub

​İmişli şəhərində azyaşlını maşın vurub Uşaq yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
27 Aprel , 2016 20:21
​İmişli şəhərində azyaşlını maşın vurub

Bakı. 27 aprel. REPORT.AZ/ İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün İmişli şəhər Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Mehdi Hüseyn küçəsi, 44 ünvanında yaşayan 9 yaşlı Türkan Ehtiram qızı Əhmədlini minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı uşaq dərhal İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi