İmişli sakininin evinə ilanlar hücum edib - FOTO

İmişli sakininin evinə ilanlar hücum edib - FOTO İlanları dəfələrlə öldürmələrinə baxmayaraq, yenidən digər ilanlar üzə çıxır
Hadisə
7 İyul , 2017 15:11
İmişli sakininin evinə ilanlar hücum edib - FOTO
Report.az

İmişli. 7 iyul. REPORT.AZ/ İmişlidə ilanlar evə hücum çəkib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıb. 

Kənd sakini Xanış Babayevə məxsus fərdi yaşayış evində son vaxtlar təhlükəli hal artıb. İlanlar müxətlif yerlərdən evə girirlər. Ev sahibinin sözlərinə görə, uşaqlar qorxudan evdə yata bilmirlər.

İlanları dəfələrlə öldürmələrinə baxmayaraq, digər ilanlar yenidən üzə çıxır.

Belə bir vəziyyətin olduğunu təsdiqləyən kənd icra və bələdiyyə nümayəndələri evdə bir neçə dəfə dərmanlama işləri həyata keçirildiyini bildirsələr də, evdə yenidən ilanlar peyda olub.

Son xəbərlər

Orphus sistemi