İmişli sakini qonşusunu bıçaqlayıb

İmişli sakini qonşusunu bıçaqlayıb İmişli sakini qonşusunu bıçaqlayıb.
Hadisə
16 avqust 2019 05:27
İmişli sakini qonşusunu bıçaqlayıb

İmişli sakini qonşusunu bıçaqlayıb.

"Report"un Mil-Muğan bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında İmişli şəhəri, Qadir İsmayılzadə küçəsində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Fərəcov İlqar Sabir oğlu ilə qonşusu 1986-cı il təvəllüdlü Həsənov İsa Hüseyn oğlu arasında mübahisə yaranıb. Nəticədə İ.Fərəcov əlində olan bıçaqla İ.Həsənova bir neçə xəsarət yetirib.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi