Yuxarı
    Bağlamaq

    İmişli sakini “QAZel”dən yıxılaraq ölüb

    Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

    İmişli. 4 iyul. REPORT.AZ/ İmişli rayon sakini “QAZel”dən yıxılaraq ölüb.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə iyulun 3-də rayonun Boşçallar kəndində baş verib.

    Belə ki,  həmin kəndin sakini Taleh Süleymanovun idarə etdiyi “QAZel” markalı avtomobilin yük yerində olan sərnişini, həmkəndlisi Qərib Qocayev ehtiyatsızlığı nəticəsində yıxılıb. Q.Qocayev hadisə yerində ölüb.

    Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi