Yuxarı

İmişli sakini həmkəndlisini avtomobillə vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 17 sentyabr. REPORT.AZ/ İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə sentyabrın 16-da rayonun Aranlı kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini Həsənağa Səiyev idarə etdiyi “Mecedes” markalı avtomobillə yolu keçmək istəyən həmkəndlisi Nərimgül Məmiyevanı vurub.

Nəticədə piyada N.Məmiyeva hadisə yerində ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi