Yuxarı

İmişli sakini Araz çayında boğulub - YENİLƏNİB

İmişli sakini Araz çayında boğulub - YENİLƏNİB

İmişli. 15 avqust. REPORT.AZ/ Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində boğulan 16 yaşlı gəncin meyiti tapılıb. 

"Report"un Aran bürosunun veridyi xəbərə görə, M.Yadigarovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


*** 17:30

İmişli rayonunda 16 yaşlı gənc Araz çayında boğulub.

"Report"un Aran bürosunun veridyi xəbərə görə, hadisə Araz çayının rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mövlan Zaur oğlu Yadigarov çayda çimərkən boğulub.

Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir. 


***16:12

İmişli rayonunda yerli sakin suda boğulub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xubyarlı kəndi ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Araz çayının yaxınlığındakı su kanalında boğulub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi