​İlqar Məmmədov və Tofiq Yaqublunun növbəti məhkəməsinin vaxtı açıqlanıb

​İlqar Məmmədov və Tofiq Yaqublunun növbəti məhkəməsinin vaxtı açıqlanıb İclas mayın 3-nə təyin edilib
Hadisə
28 Aprel , 2016 11:01
​İlqar Məmmədov və Tofiq Yaqublunun növbəti məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini, sonuncu əfv sərəncamı ilə azadlığa çıxmış Tofiq Yaqublunun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Vəkil Fuad Ağayevin "Report"a verdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 29-na təyin edilib.

Xatırladaq ki, işə aprelin 22-də baxılıb. Lakin həmin vaxt proses təxirə salınmışdı.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunub.

Son xəbərlər

Orphus sistemi