Yuxarı

​İlkin Qurbanov: "İnsan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatlar yayılmamalıdır"

İnsan alveri cinayəti törətmiş şəxs beş ildən on ilədək müddətinə azadlıqlıqdan məhrumetmə ilə cəzalandırılır

Bakı. 23 may. REPORT.AZ/ "KİV təmsilçiləri insan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatları yaymamalıdır".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov deyib.

O xatırladıb ki, "İnsan alverinə qarşı mübarizə haqqında" qanunun 17 və 18-ci maddələrinə əsasən, insan alveri qurbanları ilə bağlı konfidensiallığın qorunması üzrə aşağıdakı məsələlər nəzarətdə saxlanılmalıdır:

1. müvafiq qərarlarla insan alverindən zərər çəkmiş şəxsin şəxsiyyəti haqqında məlumat-sorğu xidmətlərində və informasiya-məlumat fondlarında olan məlumatlara buraxılış dayandırılır;

2. insan alverindən zərər çəkmiş şəxslərin şəxsiyyətinin anonimliyinin təmin edilməsi məqsədilə uydurma adlardan istifadə edilir;

3. insan alveri qurbanlarının şəxsi və ailə həyatının sirri olan məlumatlar yayılmamalıdır;

4. insan alveri qurbanlarının, onların yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatlar konfidensial hesab edilir və onların yayılması qadağandır;

5. Cinayət Məcəlləsinin 316-1-ci maddəsinə əsasən insan alverindən zərər çəkmiş şəxslər haqqında konfidensial məlumatları və ya onlar barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi