Yuxarı

​İlhamə Quliyevanın oğlunun dostu axtarışa verilib

O, Ülviyyə Ələkbərova adlı qadından dələduzluq yolu ilə pul alaraq qaytarmayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Vüqar Bəkirov barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

"Report"un əldə etdiyi məlumata görə, dələduzluqda günahlandırılan V.Bəkirovun axtarışa verilməsi və həbsi ilə bağlı qərarı Yasamal Rayon Məhkəməsi qəbul edib.

Məlumata görə, bir neçə dəfə məhkəməyə çağırılan V.Bəkirov iclaslara gəlməyib və məhkəməyə gəlməməsi ilə bağlı heç bir səbəb göstərməyib. Bundan sonra Yasamal Rayon Məhkəməsi müvafiq qərar qəbul edib.

İlkin məlumata görə, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından dələduzluq yolu ilə pul alaraq, qaytarmayıb. Daha sonra Ü.Ələkbərova hüquq-mühafizə orqanlarına müraciət edib. İş üzrə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, V.Bəkirov xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İlhamə Quliyevanın keçmiş köməkçisi Hüseynova Mehriban Bəylər qızı barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.

Xatırladaq ki, V.Bəkirov barəsində cinayət işinin başlanılması barədə xəbəri qafqazinfo.az saytı yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi