​İki yük və bir minik avtomobili toqquşub, yaralananlar var - FOTO

​İki yük və bir minik avtomobili toqquşub, yaralananlar var - FOTO Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib
Hadisə
19 Mart , 2015 15:23
​İki yük və bir minik avtomobili toqquşub, yaralananlar var - FOTO

Bakı. 19 mart. REPORT.AZ/ Abşeron rayonunda qəza baş verib. “Report”un məlumatına görə, iki yük maşını və bir minik avtomobilinin toqquşduğu yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Qəzadan əvvəl Əli Məmmədovun idarə etdiyi “Qazel” markalı yük maşını paytaxt istiqamətində hərəkətdə olub. 43 yaşlı Ramil Məhəmməd oğlu İsgəndərovun idarə etdiyi “Hyundai” markalı yük maşını isə onunla əks istiqamətdə hərəkət edirmiş. İlk toqquşan yük maşınları olsa da, sonradan Şamaxı istiqamətində 39 yaşlı Zaur Qulu oğlu Quliyevin idarə etdiyi “Oka” markalı minik maşını həmin avtomobillərə çırpılıb. Yol qəzası nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü R.İsgəndərov və “Oka” markalı avtomobilin sürücüsü Z.Quliyev xəsarət alıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Avtoqəzanın təfərrüatlarını Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqləri araşdırır. İlkin ehtimala görə, hadisə “Hyundai” markalı yük maşınının qoşa xəttin tələbini pozaraq qarşı tərəfdən gələn nəqliyyat vasitələrinin yoluna çıxması səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi