İki xarici vətəndaşın saxta sənədlərlə Azərbaycana keçmək cəhdinin qarşısı alınıb

İki xarici vətəndaşın saxta sənədlərlə Azərbaycana keçmək cəhdinin qarşısı alınıb Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir
Hadisə
22 iyun 2018 05:17
İki xarici vətəndaşın saxta sənədlərlə Azərbaycana keçmək cəhdinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və pe­­­­şəkarlığı sayəsində son gün­lər­də 2 xarici vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­can Respublika­sının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

DSX-dan "Report"a bildirilib ki, iyunun 17-də “Bakı-Doha” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tapıb.

İyunun 19-da “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun hə­qiqiliyi şübhə doğurub, dərinləşdirilmiş yoxlama nəticəsində paspor­tun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəy­yən edil­ib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.

Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi