Yuxarı

​İki qardaşı bıçaqlayan şəxsə hökm oxunub

O, 5 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Samir İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.İbrahimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi