Yuxarı
    Bağlamaq

    İki gündə cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

    Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 20-dən 22-dək Azərbaycanın daxili işlər orqanları tərəfindən 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi