İki Azərbaycan vətəndaşı Ukraynada dövlət sərhədini pozduğuna görə saxlanılıb - FOTO

İki Azərbaycan vətəndaşı Ukraynada dövlət sərhədini pozduğuna görə saxlanılıb - FOTO Azərbaycanlılar Ukrayna-Rusiya sərhədini piyada qanunsuz keçməyə çalışıblar
Hadisə
16 Aprel , 2018 10:22
İki Azərbaycan vətəndaşı Ukraynada dövlət sərhədini pozduğuna görə saxlanılıb - FOTO

Bakı. 16 aprel. REPORT.AZ/ Ukrayna sərhədçiləri dövlət sərhədini pozduğuna görə iki Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında azərbaycanlıların Ukrayna-Rusiya sərhədini piyada qanunsuz keçməyə çalışdıqları vurğulanıb.

Hazırda dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhdə görə 60 və 57 yaşlı azərbaycanlılara qarşı inzibati materiallar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi