Yuxarı

​İki Azərbaycan vətəndaşı Rusiya ərazisindən xaric edilib

Onlar Rusiyada qalma qaydalarını pozublar

Bakı. 12 aprel. REPORT.AZ/ Məhkəmə Pristavları Federal Xidmətinin Smolensk vilayəti üzrə İdarəsinin qərarı ilə Rusiyada qalma qaydalarını pozan 15 əcnəbi vətəndaş məcburi olaraq vətənlərinə göndərilib.

“Report” xəbər verir ki, məhkəmə pristavları tərəfindən Rusiydan xaric edilən vətəndaşlar sırasında iki Azərbaycan vətəndaşı da var.

Digərlər 13 nəfər Vyetnam (2), Tacikistan (1), Qırğızıstan (1) və Özbəkistan (9) vətəndaşlarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi