"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı vəfat edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı vəfat edib Reyhan Cəfərova keçən il Prezident İlam Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilənlərin sırasında olub
Hadisə
21 Yanvar , 2015 09:39
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı vəfat edib

Bakı. 21 yanvar. REPORT.AZ/ "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin vəzifəli şəxslərindən biri - Reyhan Cəfərova dünyasını dəyişib. "Report" xəbər verir ki, Reyhan Cəfərova qoruq-muzeyinin şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, R.Cəfərova 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, "Şirvanşahlar Sarayı Kompleksi" qoruq-muzeyi Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərkibində fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi