Baş prokurorun müavini: "Ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb"

Baş prokurorun müavini: "Ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb" “Yerli icra hakimiyyət orqanlarından olan qeyri-neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub, araşdırma aparılıb”.
Hadisə
15 Yanvar , 2020 11:16
Baş prokurorun müavini: Ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb
Kamran Əliyev / Report / Firi Salim

“Yerli icra hakimiyyət orqanlarından olan qeyri-neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub, araşdırma aparılıb”.

"Report"un xəbərinə görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O söyləyib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işi üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

Son xəbərlər

Orphus sistemi