İcra başçısının müavini: "Quba-Xınalıq yolu nəzarətə götürülüb"

İcra başçısının müavini: "Quba-Xınalıq yolu nəzarətə götürülüb" "Körpünün bərpası hələ ki, mümkün deyil"
Hadisə
2 Sentyabr , 2016 12:12
İcra başçısının müavini: Quba-Xınalıq yolu nəzarətə götürülüb

Quba. 2 sentyabr. REPORT.AZ/ Təbii fəlakətlə bağlı Quba-Xınalıq yolu nəzarətə götürülüb.

Bunu "Report"un Şimal bürosuna rayon icra başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Yusif Abidov bildirib.

Onun sözlərinə görə, Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Yaşar Məmmədov və  rayon polis şöbəsinin rəisi təbii fəlakətin baş verdiyi ərazilərə baxış keçiriblər: "Biz hazırda təbii fəlakətin baş verdiyi ərazidəyik. İcra başçısı və polis rəisi də buradadır. Quba-Xınalıq yolu nəzarətə götürülüb. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Lakin Qudyalçayda suyun səviyyəsinin həddindən artıq çox və axının sürətli olması səbəbindən körpünün bərpası mümkün deyil. Xınalıq kəndinə getmək istəyən turistlər təbii fəlakət səbəbi ilə Qubaya geri qayıdıblar. Hazırda 10 kəndlə əlaqə kəsilib".

Son xəbərlər

Orphus sistemi