İcra başçısının müavini: "Lerikdə müşahidə olunan yağıntılı hava şəraiti 200 ha taxıl sahəsinə ziyan vurub"

İcra başçısının müavini: "Lerikdə müşahidə olunan yağıntılı hava şəraiti 200 ha taxıl sahəsinə ziyan vurub" Hazırda vətəndaşların fərdi təsərrüfatlarında tərəvəz bitkilərinə dəyən ziyan barədə məlumatlar dəqiqləşdirilir
Hadisə
2 İyun , 2016 20:31
İcra başçısının müavini: Lerikdə müşahidə olunan yağıntılı hava şəraiti 200 ha taxıl sahəsinə ziyan vurub

Lerik. 2 iyun. REPORT.AZ/ "Son günlər Lerik rayonu ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 200 ha taxıl sahəsinə ziyan vurub". 

Bu barədə "Report"un Cənub bürosunun müxbirinə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib. 

Bu arada bu gün günorta saatlarında daha da intensivləşən yağıntı su-kanalizasiya şəbəkəsində də problemlər yaranıb. Sakinlərin sözlərinə görə içməli su xətləri qrunt suları və çirkab sularla qarışıb. Bəzi çökək ərazilərdə həyətlərə su dolub.

Qeyd edək ki, otlaq sahələrində biçin vaxtı olsa da, hava şəraiti buna imkan vermir. Hazırda vətəndaşların fərdi təsərrüfatlarında tərəvəz bitkilərinə dəyən ziyan barədə məlumatlar dəqiqləşdirilir.

Hazırda yağıntı dayanıb.

Son xəbərlər

Orphus sistemi