İcra başçısının jurnalistə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət icraata götürülməyib

İcra başçısının jurnalistə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət icraata götürülməyib Hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
7 Noyabr , 2016 17:45
İcra başçısının jurnalistə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət icraata götürülməyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Masallı Rayon Məhkəməsində Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafil Hüseynovun jurnalist Mirələm Həşimova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.

Bu barədə "Report"a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət əsassız hesab edilib və iş icraata qəbul olunmayıb.

Qeyd edək ki, Masallı RİH başçısı R.Hüseynov məhkəməyə müraciət edərək jurnalist M.Həşimovun cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. O, jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını istəyib.

Xatırladaq ki, M.Həşimov cenubnews.com saytının baş redaktorudur.

Son xəbərlər

Orphus sistemi