Bərdə icra hakiminin müavini: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək"

Bərdə icra hakiminin müavini: "Bazarda yanğınla bağlı yekun rəy veriləcək" Bərdə rayonunda köhnə bazarda baş verən yanğınla bağlı ekspertiza qrupu araşdırmalara başlayıb
Hadisə
21 İyul , 2019 15:03
Bərdə icra hakiminin müavini: Bazarda yanğınla bağlı yekun rəy veriləcək

Bərdə rayonunda "köhnə bazarda" baş verən yanğınla bağlı ekspertiza qrupu araşdırmalara başlayıb

Bunu Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon fövqəladə hallar komissiyasının sədri Vahid Qarayev "Report"un Qarabağ Mərkəzinə bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır: "Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək”.

V.Qarayev deyib ki, yanğın baş verən ticarət obyektlərinə hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə birlikdə baxış keçiriblər. Yeddi sahibkara məxsus 12 mağaza yanıb. Hazırda sahibkarların sığortası olub, olmaması araşdırılır.

Son xəbərlər

Orphus sistemi