İcra başçısı: "Quba Soyqırımı Memorial Komleksindəki sümüklərin çürüməsinin qarşısı alınacaq"

İcra başçısı: "Quba Soyqırımı Memorial Komleksindəki sümüklərin çürüməsinin qarşısı alınacaq" "Azərbaycanlıların Soyqırımının 100 illiyinin tamamına kimi məsələ həll ediləcək"
Hadisə
31 Mart , 2017 15:42
İcra başçısı: Quba Soyqırımı Memorial Komleksindəki sümüklərin çürüməsinin qarşısı alınacaq
Report.az

Quba. 31 mart. REPORT.AZ/  "Quba Soyqırımı Memorial Komleksindəki sümüklərin çürüməsinin qarşısı alınacaq".

Bunu "Report"un Şimal bürosuna Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov deyib.

İcra başçısı bildirib ki, Soyqırım Məzarlığındakı sümüklərin çürüməsi ilə bağlı adiyyəti qurumlar qarşısında məsələ qalıdırılıb: "Quba Soyqırım Memorial Kompleksindəki insan sümükləri erməni vanddalarının Azərbaycan xalqına qarşı törətdiyi qırğınların əyani sübutlarından biridir. Məzarlığdakı sümüklərin çürüməsinin qarşısını almaq üçün adiyyati qurumlar qarşısında məsələ qaldırmışıq. Çürümənin qarşısını almaq üçün kompleksdəki sümüklərin üzəri şüşə örtüklə bağlanacaq. Azərbaycanlıların Soyqırımının 100 illiyinin tamamına kimi məsələ həll ediləcək".

Son xəbərlər

Orphus sistemi