İcra başçısı qəsəbə sakinləri ilə səyyar görüş keçirib - FOTO

İcra başçısı qəsəbə sakinləri ilə səyyar görüş keçirib - FOTO Vətəndaşların qəbulu və müraciətlərinə operativ baxılması ilə bağlı ölkə başçısının tapşırıqlarını əldə rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sakinlərin qaldırdıqları məsələlərlə yerindəcə tanış olmaq üçün ayrı-ayrı yaşayış məntəqələrində səyyar qəbul-görüşlərini davam etdirir.
Hadisə
172
23 Oktyabr , 2019 16:00
İcra başçısı qəsəbə sakinləri ilə səyyar görüş keçirib - FOTO

Vətəndaşların qəbulu və müraciətlərinə operativ baxılması ilə bağlı ölkə başçısının tapşırıqlarını əldə rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sakinlərin qaldırdıqları məsələlərlə yerindəcə tanış olmaq üçün ayrı-ayrı yaşayış məntəqələrində səyyar qəbul-görüşlərini davam etdirir. 

"Report"un Cənub Mərkəzi xəbər verir ki, icra başçısı növbəti səyyar qəbul-görüşünü 21 oktyabr 2019-cu il tarixində rayonun İstisu qəsəbəsi sakinləri ilə keçirib. 

Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin rəhbərləri iştirak ediblər. 

Səyyar qəbul zamanı sakinlər diqqətlə dinlənilərək qaldırdıqları məsələlərə yerindəcə baxılıb və həlli ilə bağlı görüləcək tədbirlər barədə onlara məlumat verilib. Qəbul zamanı sakinlər son illərdə vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılmasından, mövcud problemlərin aradan qaldırılması ilə bağlı operativ tədbirlərin görülməsindən, əvvəlki görüşlər zamanı qaldırılmış məsələlərin həllindən razılıq ifadə ediblər. Xüsusilə elektrik enerjisinin, təbii qazın fasiləsiz olaraq verilməsi, yaxın ərazidən keçən Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsi, rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər, icra olunan Dövlət Proqramlarının bəhrələri, sahibkarlığa, o cümlədən kənd təsərrüfatının inkişafına diqqətin gücləndirilməsi, maaşların, pensiya və müavinətlərin artırılması xalqa göstərilən davamlı dövlət qayğısının parlaq nümunəsi kimi qiymətlədirilib. 

Qəsəbədə çayçılığın, sitrus meyvəçiliyinin və baramaçılığın inkişafının geniş vüsət aldığı, bu sahələrdə yüksək nəticələrin əldə olunduğu bildirilib. 

Çıxışlarda ölkə Prezidentinin apardığı siyasi kurs tamamilə müdafiə edilmiş, radikal müxalifətin siyasi sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənilib. İcra başçısı T.Qaraşov və Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev görüşdə çıxış edib bütövlükdə ölkənin və rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə münasibətlərini bildirərək bu işlərin Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşmasına istiqamətləndiyini, bu inkişaf fonunda Lənkəran rayonunda, o cümlədən İstisu qəsəbəsində həyata keçirilən layihələrin sosial əhəmiyyətini qeyd ediblər.

Görüşü yekunlaşdıran icra başçısı qaldırılan məsələlərin vaxtında həll olunması ilə bağlı tapşırıqlarını bir daha aidiyyəti məsul şəxslərin diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi