Polis əməkdaşları Bakı sakininin pulqabısını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları keçiriblər.
Əməliyyat tədbiri nəticəsində R.Əliyevin içərisində 2 800 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Məmmədov saxlanılıb.