Yuxarı

İçərişəhərdə ölüm hadisəsi baş verib

50-55 yaşlarında şəxsiyyəti məlum olmayan yaralı şəxs  əməliyyat zamanı dünyasını dəyişib

Bakı. 3 mart. REPORT.AZ/ Səbail rayonunda ötən gecə ölüm hadisəsi baş verib.“Report”un məlumatına görə, təcili tibbi yardıma İçərişəhər ərazisi Böyük Qala 47 ünvanında yaralı şəxsin olması barədə məlumat daxil olub.

Ünvana gələn həkimlər təxminən 50-55 yaşlarında şəxsiyyəti məlum olmayan yaralını xəstəxanaya çatdırıblar. Çox saylı sınıq və sinə nahiyəsindən daxilə nüfüz edən xəsarətlər alan yaralı əməliyyat zamanı dünyasını dəyişib.

Hadisə barədə dərhal Səbail Rayon Polis İdarəsinə məlumat verilib. Polislər tərəfindən əraziyə baxış keçirilib. 

Hazırda dünyasını dəyişən şəxsin kimliyini və hadisənin necə başverməsi araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi