İçərişəhərdə ekstrasensi öldürən şəxsin məhkəməsi başlayıb

İçərişəhərdə ekstrasensi öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib
Hadisə
19 Yanvar , 2016 15:12
İçərişəhərdə ekstrasensi öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ekstrasensi öldürməkdə təqsirləndirilən Goranboy rayonu, Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Cahangirov Məhəbbət Vilayət oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci il mart ayının 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi,5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə 1970-ci il təvəllüdlü Tahir Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış. Səbail Rayon Polis İdarəsindən (RPİ) 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı hadisəni törədən Goranboy rayonu, Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Cahangirov Məhəbbət Vilayət oğlu saxlanılaraq istintaqa təqdim olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cahangirov din xadimini yazdığı duaya görə öldürüb. Belə ki, M.Cahangirov 2008-ci ildə əsəb xəstəliyinə və başında olan ağrılara görə T.Talıbova müraciət edib. Onu müayinə edən T.Talıbov dua yazıb. Həmin duanı gəzdirən Məhəbbət Cahangirov bildirib ki, elə ondan sonra həyatı daha da alt-üst olub, işində problemlər yaranıb, ağrıları da çoxalıb. Bu səbəbdən M.Cahangirov din xadimindən intiqam almaq istəyib.

Son xəbərlər

Orphus sistemi